İtaliyada əlverişsiz havaya görə 17 bölgədə xəbərdarlıq elan edilib
Roma, 1 mart, AZƏRTAC
İtaliyada davam edən əlverişsiz hava şəraiti səbəbindən Veneto bölgəsində qırmızı, Modenada narıncı, 15 bölgədə isə sarı xəbərdarlıq elan olunub.
AZƏRTAC xəbər verir ki, Venetoda leysan yağışları nəticəsində çaylar məcrasından çıxıb, magistral yollar və küçələr su altında qalıb. Şəhər iki gündür davam edən əlverişsiz hava şəraiti nəticəsində daşqın və sürüşmələrdən ən çox təsirlənən bölgə olaraq qalır.
Modena bölgəsində isə evləri su basıb, bəzi kiçik körpülər bağlanıb. Daşqın təhlükəsi və torpaq sürüşməsi ehtimalı ilə bağlı xəbərdarlıq edilib.
Alp dağlarında uçqun təhlükəsi olduğu bildirilib. Leysan yağışlarının ölkənin mərkəz və cənub bölgələrində də davam edəcəyi açıqlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]