İtaliyanın Lekko bölgəsi yaxınlığında çaylar öz məcrasından çıxıb
Roma, 17 iyun, AZƏRTAC
İtaliyada yağan güclü yağışlardan sonra Lekko bölgəsində yerli çaylar öz məcrasından çıxıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bölgənin üç qəsəbəsində evlər və çoxsaylı şirkətlərin ofisləri boşaldılıb.
Bölgədə gecə saatlarında şiddətli fırtınalar səbəbi ilə Premana, Primaluna və Dervio şəhərlərinin qəsəbələrinin sakinləri təxliyə edilib. Varrone və Pioverna çayları bir sıra ərazilərdə məcrasından çıxıb.
Ən çox dağıntı Premana kommunasının, Alta-Val-Varrone və Valsassina vadisinin ən şimal hissəsində qeydə alınıb. Təbii fəlakət səbəbi ilə Dervio kommunasındakı düşərgə də boşaldılıb.
Yanğınsöndürənlər, karabinerlər və mülki müdafiənin fövqəladə yardım qrupları hadisə yerinə səfərbər edilib. Onlar təbii fəlakətin böyük maddi ziyan vurduğunu söyləyiblər. Hər hansı bir xəsarətin olması barədə məlumat verilməyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]