İTKİN DÜŞMÜŞ, ƏSİR VƏ GİROV GÖTÜRÜLMÜŞ VƏTƏNDAŞLAR HAQQINDA QANUN LAYİHƏSİ HAZIRLANACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisdə itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarla əlaqədar qanun layihəsi hazırlanacaqdır.
Milli Məclisdən bildirmişlər ki, Azərbaycan münaqişəyə cəlb olunmuş ölkədir və etnik separatizmdən əziyyət çəkir. Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı itkin düşmüş, əsir və girov götürülmüşdür. Onların bəziləri haqqında bu günə qədər heç bir məlumat yoxdur. Bu insanlar haqqında məlumat əldə etmək üçün bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq edilir. Əsas problem itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız haqqında tam məlumatların olmamasındadır. Həmin şəxslərin tapılması, doğmalarına qaytarılması üçün onlar haqqında tibbi, sosial və digər məlumatlar olmalıdır. Bu məlumatlar isə müəyyən qanunvericilik əsasında toplanmalıdır. Ona görə də itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarla əlaqədar qanun layihəsi hazırlanmalıdır.
Hazırda MDB-nin, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların bu sahədəki təcrübəsi və qanunvericilik bazası öyrənilir.
Yeni qanun layihəsinin parlamentin payız sessiyasının sonlarında və ya yaz sessiyasının əvvəllərində müzakirəyə çıxarılacağı gözlənilir.
Bundan başqa, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarla əlaqədar ictimai dinləmələrin keçirilməsi də planlaşdırılır. Bu dinləmələrin əsas məqsədi itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin qohumları, yaxınları ilə əlaqələr qurmaq və onlardan ən zəruri məlumatları toplamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]