İtkin düşmüş şəxsin meyiti dənizdən tapılmışdır
Bakı, 10 may (AZƏRTAC). Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Saray qəsəbəsinin sakini Kənan Abbasov itkin düşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində itkin düşmüş K.Abbasovun cəsədi dənizdə tapılmışdır. Meyitə baxış keçirilərkən üzərində zorakılıq əlamətləri aşkarlanmamışdır.
Bundan başqa, aprelin 29-da Qaradağ rayonunun Sahil qəsəbə sakini Ramil Kərimova məxsus həyətyanı sahədə həmyerlisi, itkin düşmüş Afiq Cavadlının üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılmışdır.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]