İYULUN 20-DƏ ALİ MƏKTƏBLƏRƏ IV İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcəkdir.
Xatırladaq ki, III ixtisas qrupu üzrə iyunun 29-da, I ixtisas qrupu üzrə iyulun 8-də, II ixtisas qrupu üzrə isə iyulun 14-də qəbul imtahanları keçirilmişdir.
Komissiyadan bildirmişlər ki, qəbul imtahanı vermiş və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək vaxtda elektron ərizələrinə daxil olub orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]