“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” kitabının təqdimatı olacaqdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” kitabının yeni nəşrinin təqdimatı keçiriləcəkdir.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, “Hüquq ədəbiyyatı” nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunmuşdu. Kitabda əvvəlki nəşrdən fərqli olaraq daha çox hüquqi termin vardır. Burada, həmçinin Azərbaycan Respublikasının media qanunvericiliyinə və hüquqi-normativ aktların media ilə bağlı hissələrinə də geniş yer verilmişdir.
“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanmışdır. Kitabın təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır. Nəşrin kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]