Kanada yataqların işlənməsi üçün şimal ərazilərini açıq elan edir
Bakı, 10 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Kanadanın şimalının xeyli ərazisi faydalı qazıntı yataqlarının işlənməsi üçün açıq olacaqdır. Kvebek əyalətini hökuməti elan etmişdir ki, faydalı qazıntıların işlənməsi, energetikanın inkişafı və meşəqırma sahəsi üzrə geniş imkanlar açılır. “Şimal planı”na uyğun olaraq 1,2 milyon kvadratkilometr ərazi kommersiya fəaliyyəti üçün ayrılacaqdır.
Alimlər bildirirlər ki, Kanadanın bu ərazisində zəngin nikel, kobalt, sink, dəmir filizi və digər faydalı qazıntı yataqları vardır. Lakin həmin ərazidə demək olar ki, heç bir infrastruktur, o cümlədən hava limanı, yollar və dərin sulu dəniz limanları yoxdur.
Kvebek əyalətinin baş naziri Jan Şarest bildirmişdir ki, bu əyalət dünyada indiyədək insan tərəfindən işlənməmiş ən iri ərazilərindən biridir. Onun sözlərinə görə, “Şimal plan”ı ildə 20 minə yaxın yeni iş yeri yaratmalı və əyalətin xəzinəsinə 14 milyard Kanada dolları gətirməlidir.
Məlum olduğu kimi, Arcelor Mittal, Xstrata, Tata, Steel və Barrick Gold da daxil olmaqla bir sıra iri şirkətlər artıq bu nəhəng layihəyə maraq göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]