KANADADAKI “SJCR” RADİOSUNDA “AZƏRBAYCANIN SƏSİ” ADLI PROQRAM AÇILIB
AZƏRTAC xəbər verir ki, Kanadanın Edmonton vilayətindəki yerli radiolardan birində “Azərbaycanın səsi” adlı proqram fəaliyyətə başlamışdır. Alberta şəhərindəki Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi ilə hazırlanan proqram Azərbaycan və ingilis dillərində efirə verilir.
Ölkəmizin mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə həsr olunan veriliş 3 əsas hissəyə bölünür. “Muğam dünyası” rubrikasında Azərbaycan muğamlarından nümunələr səsləndirilir, ustad xanəndələrimiz barədə məlumat verilir. “Klassik Azərbaycan musiqisi” rubrikasında tanınmış bəstəkarların əsərləri səsləndirilir, onların həyat və fəaliyyətinə nəzər yetirilir.
Bundan başqa, “Azərbaycan ədəbiyyatından incilər” rubrikasında ədəbiyyat xadimləri haqqında məlumatlar yer alır.
Həftənin bazar günləri efirə çıxan və bir saat davam edən proqramda, həmçinin caz musiqisi, Azərbaycan, Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti haqqında maraqlı xəbərlər yayımlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [19:50]
Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub
- 23.05.2026 [15:28]
Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
- 22.05.2026 [22:56]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [20:10]