KARTOF İSTEHSALININ HƏCMİ 1,12 MİLYON TONA ÇATDIRILACAQDIR
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkə üzrə kartof istehsalının həcminin 2015-ci ildə 1,12 milyon tona çatdırılması nəzərdə tutulmuşdur.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Cari il mayın 1-nə olan məlumata görə, respublika üzrə 48 min 222 hektar sahəyə kartof əkilmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Ümumilikdə keçən il 68,8 min hektar sahədə kartof əkilmiş, 1 milyon 77,1 min ton məhsul istehsal olunmuş, orta hesabla məhsuldarlıq hər hektarda 153 sentnerə çatmışdır. Təhlillər göstərir ki, 2001-ci ildə kartofun əkin sahəsi 55,2 min hektar idisə, 2008-ci ildə 68,8 min hektara, məhsuldarlıq isə müvafiq olaraq 104 sentnerdən 153 sentnerə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]