Keçənilki büdcədən SOCAR-a 63,9 milyon manat ayrılıb
Bakı, 16 may, AZƏRTAC
2019-cu ilin dövlət büdcəsində “İqtisadi fəaliyyətlə bağlı xərclər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər” hesabına əhaliyə qaz xidmətləri üzrə limitlərin artırılması və 2018-ci ildə idxal olunmuş qaza görə subsidiyanın verilməsi üçün SOCAR-a 63,9 milyon manat vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir. Bildirilir ki, ötən il dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı xərclərə büdcə xərclərinin 1,5 faizi həcmində (2018-ci illə müqayisədə 4,5 faiz-bənd az) və ya 372,6 milyon manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 984,7 milyon manat və ya 72,5 faiz azdır. Bu bölmə üzrə xərclərin 2018-ci ilə nisbətən az icra edilməsinin əsas səbəbi 2019-cu il dövlət büdcəsi xərclərinin proqnozlaşdırılması zamanı həmin bölmə üzrə bəzi xərclərin strukturuna yenidən baxılması, o cümlədən SOCAR-ın nizamnamə kapitalının artırılması (Sumqayıt şəhəri və onun ətrafında yeni tikilmiş iri sənaye müəssisələrinin təbii qaza artan tələbatının təmin edilməsi, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 287-ci kilometrindən Sumqayıt Qaztənzimləyici Məntəqəsinə kimi yeni əlaqələndirici magistral qaz kəmərinin çəkilməsi, regional yüksəktəzyiqli dairəvi qaz-nəql sisteminin yaradılması və regionların qazlaşdırılması məqsədilə) ilə bağlı xərclərin bu bölmədən çıxarılaraq “dövlət əsaslı vəsait qoyluşu (investisiya)” xərclərində proqnozlaşdırılması ilə bağlı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]