Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib
Kəlbəcər, 18 sentyabr, AZƏRTAC
Kəlbəcər sakinlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Səyyar xidmət çərçivəsində sakinlər terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, otorinolarinqoloq, nevropatoloq, stomatoloq, nefroloq və endokrinoloqun müayinəsindən keçiblər. Həmçinin USM müayinələri aparılıb, zəruri laborator müayinələr həyata keçirilib və sakinlərə müvafiq tibbi tövsiyələr verilib.
Müxbir – Tahir Ağaməmmədov