Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənan Bayramlı: Azərbaycan musiqisini tanıtmaq, təbliğ etmək əsas hədəfimdir

Kənan Bayramlı: Azərbaycan musiqisini tanıtmaq, təbliğ etmək əsas hədəfimdir

“İfaçı öz səsi ilə dinləyicini başqa aləmə aparmağı bacarmalıdır”

Bakı, 22 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Dinləyicilərin ruhunu oxşamaqla yanaşı, həm də fəlsəfi çalarlara malik muğam özlüyündə böyük məktəbdir. Şair Bəxtiyar Vahabzadə demişkən,

“Daş ürəklərdə yanıb daşları sındırdı muğam,

Haqqa düşmən olanı haqqa tapındırdı muğam.”

Bəli, muğam heç bir sərhədə sığmayan, azad, özü-özündən bəhrələnən sənətdir. Bu sənət əsrlər boyu Azərbaycan xalqının milli kimlik nişanlarından olub, milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəni dəyərləri yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəçiliyi ilə muğam sənətinin qorunması və inkişafı üzrə müvafiq tədbirlər həyata keçirilir. Paytaxt Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb, “Muğam dünyası” Beynəlxalq Muğam Festivalı keçirilir, gənc muğam ifaçılarının müsabiqələri təşkil olunur, arxiv yazıları bərpa edilir, elektron daşıyıcılara köçürülür və s.

İndi muğam gəncləşib desəm yanılmaram. Gənc ifaçılar arasında muğama üstünlük verənlər ötən illərlə müqayisədə daha çoxdur. AZƏRTAC-ın bugünkü həmsöhbəti də gənc və istedadlı muğam ifaçısı, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının 2-ci kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələrin qalibi, Qran-Pri mükafatçısı Kənan Bayramlıdır.

Kənanın 18 yaşı var. Onun musiqiyə həvəsi hələ 3 yaşından yaranıb. Zümzümə etdiyi mahnılarla ailəsinin diqqətini çəkən Kənan valideynlərinin dəstəyi ilə musiqi sahəsinə yönəlib. 7 yaşında ikən Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində xanəndəlik üzrə təhsil alıb. Onun bu ixtisas üzrə ilk müəllimi Qasım Əliyev olub. Kənan müəllimindən muğamın sirlərini öyrəndikcə musiqiyə həvəsi daha da artıb, özünü inkişaf etdirmək üçün bir çox müsabiqəyə qoşulub. Sonra təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində davam etdirib. Uşaqlıqdan musiqiyə duyduğu sevgi ona bu yolda işıq tutub. Daha sonra Kənan Milli Konservatoriya Akademiyasında Mənsum İbrahimovun sinfinə qəbul olub. Təhsil aldığı bu illər ərzində ustadının da dəstəyi ilə özünü inkişaf etdirir, gənc muğam ifaçısı kimi Azərbaycanı dünyanın bir çox ölkəsində qürurla təmsil edir.

Gənc ifaçı sənətkar ailəsində böyüyüb. Valideynləri onun musiqiyə, muğama duyduğu sevgidə böyük rol oynayıb. Hələ kiçik yaşlarında qatıldığı bir çox müsabiqənin qalibi olub. Səkkiz yaşında 7-ci Uşaq Muğam Müsabiqəsində birinci yerə, 10 yaşında isə Xan Şuşinskinin 100 illiyinə həsr olunan müsabiqədə Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanəsilli dünyada məşhur müğənni Sami Yusiflə eyni səhnəni bölüşüb. O, bu barədə danışarkən deyir: “Həmin an səhnədə hiss etdiyim duyğular məni bu sahədə özümü inkişaf etdirməyimdə önəmli rol oynadı. Çünki iştirak etdiyim hər bir tədbir mənə böyük təcrübə qazandırır, eyni zamanda, bu sənətə sevgimi daha da artırır. Deyə bilərəm ki, bu sənət artıq həyatımın bir hissəsinə çevrilib”.

2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı onun həyatında silinməz iz buraxıb. Festivalda oxuduğu “Bayatı-Şiraz” ilə könülləri fəth edən, məlahətli ifası ilə dünyaya səs salan Kənan bu mühüm tədbirə dəvət almağından danışır: “Ailəmlə birlikdə “Xarıbülbül” festivalı barədə söhbət edirdik. Həmin vaxt atam telefonla zəng edərək, bu festivalda çıxış edəcəyimi bildirdi. O vaxt 14 yaşım var idi. Həmin an keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Bir həftə ərzində məşqləri davam etdirdik. Nəhayət, həmin gün gəlib çatdı. Ən əsası festivalda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və bir-birindən gözəl sənətkarlarımız əyləşmişdi. Təbii ki, bu, mənim üçün çox qürurverici bir haldır”.

Gənc muğam ifaçısı hədəflərindən, qarşıya qoyulan planlarından da danışıb: “Bizim sənətkarlarımız, ustadlarımız Azərbaycanın necə gözəl, qədim tarixə malik musiqisi olduğunu bütün dünyaya tanıdıb və tanıdırlar. Arzum budur ki, gələcəkdə onların yolunu davam etdirim. Hazırda yaşımla əlaqədar səsim keçid dövründədir. Ona görə də səsimi qoruyuram və bir neçə ildir ki, canlı ifa etmirəm. Onu da deyim ki, ustadım Mənsum İbrahimovdan dərs almaq və bu sənət yolunda onun təcrübələrindən faydalanmaq mənim üçün böyük şansdır. Mən öz üzərimdə çox çalışıram. Gələcəkdə dünyanın böyük səhnələrində Azərbaycan musiqisini tanıtmaq, təbliğ etmək əsas hədəfimdir”.

Kənanın ifasına qulaq asdıqca o səsin sehrinə düşürsən, düşüncəyə dalırsan. Bu barədə danışarkən deyir ki, tamaşaçılarının muğama böyük zövqlə qulaq asdığını görəndə bu, onun üçün də stimul olur. Əlbəttə, ifaçı da öz səsi ilə dinləyicini başqa aləmə aparmağı bacarmalıdır. Muğam sənətinin ecazkarlığı, sehri də məhz bundadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır