KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMERLƏRİ TƏSƏRRÜFATLARINI SIĞORTALAMAĞA ÇAĞIRIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fermerləri təsərrüfatlarını sığortalamağa çağırır.
Kənd təsərrüfatı naziri İsmət Abbasov demişdir ki, təbii fəlakətlər, əlverişsiz hava şəraiti aqrar sahədə risk səviyyəsini artırır. Bu səbəbdən fermer təsərrüfatlarının sığortalanması vacibdir.
Nazir, təbii fəlakətlərin kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurduğunu bildirmiş, soğortalanmamış fermer təsərrüfatlarına dəymiş zərərin ödənilməsində isə problemlər yarandığını vurğulamışdır.
İ.Abbasov onu da bildirmişdir ki, nazirlik kənd təsərrüfatının sığortalanmasının vacibliyi barədə fermerlərin maarifləndirilməsi istiqamətində daim iş aparır.
Qeyd edək ki, müvafiq qanunvericilikdə kənd təsərrüfatının sığortasında sığorta haqlarının maliyyələşdirilməsində dövlətin payı 25 faizdən 50 faizədək artırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]