Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığın inkişafı müzakirə olunub
Bakı, 9 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib.
Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənilib.
Tədbirdə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrə toxunulub, bu sahənin kənd təsərrüfatının prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Sonda bu cür müzakirələrin mütəmadi olaraq ayda bir dəfə keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]