REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyinin FAO ilə birgə Salyanda reallaşdırdığı layihə müzakirə olunub
Bakı, 28 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsini həyata keçirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, avqustun 28-də layihənin nəticələrinə dair ikinci seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov layihənin baş texniki eksperti Morten Hartvigsenlə layihə üzrə görülmüş işləri müzakirə edib və qarşıda duran vəzifələrin icrası ilə bağlı plan müəyyənləşdirilib.
Tədbirdə nazirliyin aidiyyəti qurumlarının, şöbələrinin nümayəndələri və ekspertlər planın icrasına dair fikir mübadiləsi aparıblar.