Kiçik və orta biznesin maliyyələşdirilməsində dövlət dəstəyi müzakirə edilib
Bakı, 6 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyinə dair müzakirələr aparılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlik, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış üçtərəfli niyyət sazişinin icrası çərçivəsində görüş keçirilib. Asiya İnkişaf Bankının (AİB) eksperti David Monkman tərəfindən maliyyələşmə mexanizmləri ilə bağlı təqdimat keçirilib, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyi, yeni innovativ və alternativ maliyyələşmə mexanizmlərinin yaradılması və dəstəklənməsi, bu sahədə KOB-ların bilik və bacarıqlarının gücləndirilməsi üçün maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində müzakirələr olub.
Belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]