Kilian Mbappe məşqlərə başlayıb, finalda oynaya bilər
Bakı,16 dekabr, AZƏRTAC
Bir müddət öncə zədə alan İspaniyanın “Real Madrid” komandasının aparıcı futbolçusu Kilian Mbappe məşqlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, fransalı hücumçu qitələrarası kubokun finalında oynamaq üçün aktiv şəkildə çalışır.
Kilian Mbappe dekabrın 11-də UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Atalanta”ya qarşı keçirilmiş VI tur oyununda (3:2) sol ayağından zədə almışdı.
Qeyd edək ki, “Real Madrid” klublararası dünya çempionatının finalında dekabrın 18-də Qətərin paytaxtı Doha şəhərində Meksika təmsilçisi “Paçuka” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]