Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında onuncu turun oyunları keçirilib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında onuncu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan tura “Sərhədçi” - “Murov” matçı ilə start verilib. Çempionatın lideri “Murov” yenə asan qələbəyə sevinib. Onlar 3 xalı rəqibini 3:0 (25:13, 25:13, 25:10) hesabı ilə məğlub etməklə aktivlərinə yazıblar.
Günün ikinci matçında “Neftçi” “Ekspress”i sınağa çəkib. Bu qarşılaşma həm turun, həm də ikinci dövrənin son matçı olub. Oyunun qalibi üç hissədə müəyyən olunub. "Neftçi" komandası hər üç hissədə üstün oyun nümayiş etdirərək, dövrəni qələbə ilə başa vurub - 3:0 (25:15, 25:9, 25:13).
Beləliklə, iki dövrədən sonra “Murov” 20 xalla turnir cədvəlinə liderlik edir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. Bu turda istirahət edən MOİK 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdirsə, “Sərhədçi” hələ də xal hesabını aça bilməyib.
Qeyd edək ki, Yüksək Liqanın qalibi 4 dövrədən sonra müəyyən olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]