İDMAN
Kişilər arasında şahmat üzrə “Qran pri” silsiləsinin sonuncu beşinci turniri davam edir
![Kişilər arasında şahmat üzrə “Qran pri” silsiləsinin sonuncu beşinci turniri davam edir](/files/2013/2/1200x630/1407144700191359628_1200x630.jpg)
Bakı, 5 iyul (AZƏRTAC). Pekində kişilər arasında şahmat üzrə “Qran pri” silsiləsinin sonuncu beşinci turniri davam edir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, turnirin birinci turunda ölkəmizi təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov Macarıstan şahmatçısı Peter Leko ilə heç-heçə oynamışdır.
Qeyd edək ki, turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysteri - Sergey Karyakin (Rusiya), Aleksandr Qrişuk, Aleksandr Morozevic ( üçü də - Rusiya) , Veselin Topalov (Bolqarıstan), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Aniş Kumar Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna), Van Hao, Van Yue (hər ikisi - Çin) və Şəhriyar Məmmədyarov qələbə uğrunda mübarizə aparırlar.
Turnirin ikinci turunda Ş.Məmmədyarov ABŞ şahmatçısı Gata Kamski ilə heç-heçə etmişdir.
On bir turdan ibarət turnir iyulun 17-də başa çatacaqdır.