KİTAB SƏRGİSİ BÖYÜK MARAQ DOĞURUR
AZƏRTAC-ın müxbiri Astaradan xəbər verir ki, rayon mərkəzi kitabxanasında yoxsullugun azaldılması və iqtisadiyyatın inkişafına dair Dövlət Proqramının əhali arasında təbliği ilə əlaqədar kitab sərgisi təşkil edilmişdir. İqtisadi İnkişaf Nazirliyinin ekspertlərinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi əhalini Dövlət Proqramının əsas müddəaları ilə tanış etmək, dialoq aparmaq və təkliflər toplamaqdır. Sərgidə kitablarla yanaşı, bu mövzuda olan disk və disketlər də nümayiş olunur.