MƏDƏNİYYƏT
Kitabxanada “Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında oxucularla “Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə” mövzusunda söhbət aparılmışdır.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə narkomaniyanın bəşəriyyət üçün böyük bəla olmasından, ona qarşı mübarizənin vacibliyindən danışılmışdır. Maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması üçün elmi və praktiki araşdırmaların aparılması qarşıya qoyulan ən mühüm məsələlər kimi diqqətə çatdırılmışdır.
Sonra oxucular “Narkomaniyaya yox!” şüarı altında mübarizəyə dəvət edilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.