KİV nümayəndələri ilə Milli Məclisin deputatları yaşıl meydançada qarşılaşacaqlar
Bakı, 10 may (AZƏRTAC). Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində mayın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda KİV nümayəndələri ilə Milli Məclisin deputatlarından ibarət komandalar üz-üzə gələcəklər.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, saat 16:30-da keçiriləcək oyunun yekununa əsasən qaliblərin və daha məzmunlu oyunu ilə fərqlənən futbolçuların mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, yubiley münasibətilə ilk oyun mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında baş tutmuşdu. Birgə tədbirlər planına jurnalistlərin veteran futbolçularla oyununun təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılması da daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]