Kiyevdə bayram ab-havası: AZƏRTAC-ın fotoreportajı
Kiyev, 23 dekabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Yeni il ab-havası yaşanmaqdadır.
AZƏRTAC xəbər verir ki, paytaxtın Sofiya meydanında Ukraynanın Karpat dağlarından gətirilən 30 metr hündürlüyündə təbii şam ağacı quraşdırılıb.
Şam ağacı ətrafında bayram yarmarkası təşkil olunub, Ukraynanın milli yeməkləri təqdim edilir.
AZƏRTAC oxucularına Kiyevin Yeni il bayram ab-havasının gecə görüntülərini təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev