KOMPYUTERLƏR TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞƏCƏKDİR
Qrafikadan istifadə yolu ilə hesablamalar - çoxnüvəlilik kompyuterləri tanınmaz dərəcədə dəyişdirəcəkdir. Dünyanın ən iri fərdi kompyuter istehsalçılarından biri olan İNTEL korposiyasından AZƏRTAC-a bildirmişlər ki, firmanın buraxdığı mikroprosessorlarda nüvələrin sayı artdıqca, kütləvi kompyuterlərdə paralel hesablamadan (bir neçə məsələ eyni vaxtda həll ediləndə) istifadə də xeyli genişlənəcəkdir. Bu zaman vizual hesablamaların, o cümlədən real üçölçülü mühitlərin, real dünyanın videotəsvirlərinin operativ analizinin, istifadəçinin öz qurğusu ilə qarşılıqlı əlaqələrinin daha təbii üsullarının imkanları görünməmiş dərəcədə genişlənəcəkdir.
İNTEL və Neusoft şirkətləri gələcəyin avtomobil əlavəsini də nümayiş etdirmişlər. Burada çoxnüvəli prosessorların bazasında kameralar “gözlər”, kompyuterlər isə “beyin” rolu oynayır. Avtomobillər digər nəqliyyat vasitələrinə, yaxud piyadalara təhlükəli yaxınlıq vəziyyətini daha dəqiq aşkara çıxara və qəzaların aradan qaldırılması üçün tədbirlər görə biləcəklər.
Belə tipli vizual hesablamalar üçün daha yüksək hesablama gücü, eləcə də çoxsaylı məlumatın paralel nəzərdən keçirilməsi probleminin həlli tələb edilir. Avtomobil əlavəsində İNTEL-in tədqiqatlarının nəticələrindən də istifadə olunmuşdur. Bu əlavə qurğuların tətbiqi qəzaların aradan qaldırılmasını təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]