KONKRET TƏDBİRLƏR MÜƏYYƏN OLUNUR
Ədliyyə Nazirliyi tərəfindən Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Beyləqan, Neftçala, Biləsuvar rayon məhkəmələri hakimlərinin və ədliyyə orqanları işçilərinin iştirakı ilə Salyan rayonunda zona müşavirəsi keçirilmiş, qarşıda duran, o cümlədən ölkə Prezidentinin 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası ilə bağlı vəzifələr müzakirə edilmişdir.
Nazir müavini Toğrul Musayev müşavirədə çıxış edərək, əhalinin rifahının yaxşılaşdırılması barədə Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ilə bağlı ədliyyə orqanları qarşısında duran və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm tədbirlərə toxunmuşdur.
Müşavirədə, həmçinin dövlətimizin başçısının məhkəmələrin fəaliyyəti ilə bağlı qeyd etdiyi ciddi iradlar vurğulanmış, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyən olunduğu, təkcə son aylar ərzində fəaliyyətində qanun pozuntularına yol vermiş 10 hakim haqqında ədliyyə naziri tərəfindən intizam icraatı başlanaraq, onların məsuliyyətə cəlb edildiyi bildirilmişdir.
Eyni zamanda, 2005-ci ildə hakim vəzifələrinə namizədlərin yeni, daha təkmil qaydalarla seçilməsi, məhkəmə hakimiyyətinin hakimin nüfuzuna xələl gətirən şəxslərdən təmizlənməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə nazirlik tərəfindən təkliflər paketi hazırlandığı bildirilmiş, bununla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə ölkəmizdə səfərdə olmuş Avropa Şurasının hüquqi işlər üzrə Baş direktoru və nüfuzlu beynəlxalq ekspertlərlə razılaşdırılmış Fəaliyyət planının artıq həyata keçirildiyi, bu sahədə Avropa Şurası təmsilçiləri ilə müntəzəm görüşlərin təşkil olunduğu vurğulanmışdır.
Fəaliyyət planına uyğun olaraq, Məhkəmə-Hüquq Şurasının yeni, daha geniş tərkibdə formalaşdırılması, onun yeni qurumlarının yaradılması, hər bir hakimin fəaliyyətinin prinsipial qiymətləndirilərək, məhkəmə sistemində yalnız ədalətliliyinə və qərəzsizliyinə, mənəvi təmizliyinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyi bildirilmiş, hakim vəzifələrinə namizədlərin xüsusi proqram üzrə hazırlıq kursuna cəlb ediləcəyi qeyd olunmuşdur.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilərək müasir tələblər səviyyəsində qurulması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır bu sahədə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]