Konqo Demokratik Respublikası yeni hökumətin tərkibini açıqlayıb
Bakı, 29 may, AZƏRTAC
Konqo Demokratik Respublikasının prezident ofisi yanvarın sonunda prezident Feliks Tşisekedinin ikinci müddətə səlahiyyətlərinin icrasına başlamasından sonra çərşənbə günü yeni hökumətin tərkibini açıqlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Baş nazir Cudit Tuluka Suminvanın rəhbərlik etdiyi yeni hökumət 55 üzvdən ibarətdir.
Tşisekedinin baş siyasi müşaviri Jakmen Şabani Baş nazirin müavini və daxili işlər naziri təyin edilib. O, 2023-cü ildə prezidentin seçki kampaniyasına rəhbərlik edib.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının Konstitusiyasına əsasən, yeni hökumət yalnız aşağı palata yeni baş nazirin milli proqramını mütləq səs çoxluğu ilə təsdiq etdikdən sonra işinə başlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]