Konqoda Ebolaya yoluxma hallarının sayı artır
Bakı, 30 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) əməkdaşlarının səylərinə baxmayaraq, Ebola virusu Konqo Demokratik Respublikasında (KDR) yayılmağa davam edir. Martın 26-na olan məlumata görə, ölkədə təsdiq edilmiş və edilməmiş 1029 yoluxma faktı qeydə alınıb. AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, xəstələnənlərin 8 faizi tibb işçiləridir, 642 nəfər xəstəlikdən dünyasını dəyişib.
DST mütəxəssisləri indiki Ebola ocağını KDR tarixində ən irimiqyaslı epidemiya elan ediblər. 320-dən çox pasiyent bu infeksiyadan müalicə olunub və xəstəxanadan evə buraxılıb. Lakin son vaxtlar stasionarlara bu xəstəliyin əlaməti ilə 125 pasiyent gətirilib. Onlar əsas etibarilə yoluxmuş insanlarla təmasda olduqlarına görə müşahidə altında saxlanılan şəxslərdir. Ekspertlərin fikrincə, bu, təmas, karantin, vaksinləmə və müalicə zəncirinin əvvəldən axıradək izlənilməsi metodunun səmərəli olduğunu göstərir.
DST mütəxəssisləri hesab edirlər ki, Ebolanın yayılma təhlükəsi səviyyəsi KDR və bütün region üçün yüksək, lakin qlobal miqyasda aşağıdır. Ekspertləri infeksiyadan ölüm göstəriciləri narahat edir, çünki yoluxma hallarının üçdə iki hissəsi ölümlə nəticələnir.
Son 10 gündə Ebolanın müalicə olunduğu mərkəzlərə silahlı qruplaşmalar tərəfindən yeni hücumlar qeydə alınmayıb, lakin təhlükəsizliklə bağlı vəziyyət hələ də qənaətbəxş deyildir. Xatırladaq ki, ilin əvvəlindən bəri KDR-də bir neçə tibb mərkəzi silahlı basqınlara məruz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]