Konqoda mədən qəzası nəticəsində azı 36 şaxtaçı ölüb
Bakı, 27 iyun, AZƏRTAC
Konqo Demokratik Respublikasının cənubunda yerləşən Lualaba əyalətində mədənin çökməsi nəticəsində, ilkin məlumata görə, azı 36 qeyri-leqal şaxtaçı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Actualite portalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. “Həmin karxanaya qeyri-qanuni gedişin qadağan olunmasına baxmayaraq, qazmaçılar bu çağırışlara məhəl qoymurlar” - deyə əyalət qubernatoru portala bildirib. Onun sözlərinə görə, baş vermiş insidentdən sonra şaxtanın məxsus olduğu dağ-mədən kompaniyası bağlana bilər və bu, əyalətin iqtisadiyyatına təsir göstərəcək.
Çökmüş mədənin dağıntıları altında həlak olmuş digər insanların cəsədlərinin qala biləcəyi istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]