KONQRESMEN DEN BARTONUN NÜMAYƏNDƏLƏR PALATASINDA ÇIXIŞI
Cənab Sədr, çıxışımdan məqsəd 28 may - Respublika günü münasibətilə Azərbaycan Respublikasını öz adımdan və həmkarlarım adından təbrik etməkdir. Sovet İttifaqının süqutundan sonra biz hamımız Azərbaycanın həm beynəlxalq birlikdə layiqli yer tutmağa, həm də, ən başlıcası, öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamağa, Xəzərlə bağlı enerji layihələrini irəlilətməyə, habelə Birləşmiş Ştatlar və Avropa ölkələri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratmağa çalışdığının şahidi olduq.
Hazırda biz Azərbaycanı postsovet respublikaları arasında ABŞ-ın ən güclü müttəfiqlərindən biri hesab edirik. Azərbaycanda istər iqtisadiyyat sahəsində, istərsə də siyasi sahədə aparılmış islahatlar, habelə terrorizmə qarşı beynəlxalq kampaniyada ölkənin rolu onun demokratiyaya, azad bazara tərəfdar olduğunu, qarşıdurmanı deyil, əməkdaşlığı davam etdirmək niyyətində olduğunu sübuta yetirir.
Mən Prezident Heydər Əliyevi və Azərbaycan xalqını təbrik edir və inanıram ki, dövlətlərimiz arasındakı ikitərəfli münasibətlər ölkələrimizin xalqlarının rifahı naminə, habelə Azərbaycanın sabitləşdirici qüvvəyə çevrildiyi Cənubi Qafqazda ABŞ-ın mənafelərinin irəlilədilməsi məqsədi ilə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]