“Könüllü jurnalist” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllü jurnalist” layihəsi çərçivəsində keçirilən növbəti onlayn seminar “Uğurlu müsahibə” mövzusuna həsr olunub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, AİJF-in vitse-prezidenti, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla seminarda çıxış edərək müsahibə üçün vacib olan amillərdən danışıb. F.Abdulla qeyd edib ki, uğurlu müsahibə üçün müsahib haqqında informasiya toplamaq, danışılacaq mövzu və ümumilikdə həmin sahə haqqında mümkün qədər məlumatlı olmaq vacibdir.
Seminarın sonunda könüllülərin sualı cavablandırılıb.