İQTİSADİYYAT
Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri artıb
Bakı, 9 dekabr, AZƏRTAC
Bu ilin doqquz ayında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 56,1 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 704,2 milyon dollar azalıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (62,2 milyon dollar) hesabına artıb, dövlət kreditləri (283,2 milyon dollar), dövlət zəmanətli kreditlər (191,5 milyon dollar), neft-qaz sektorunun kreditləri (250 milyon dollar) və müəssisələrin kreditləri (41,7 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 251,7 milyon dollar artıb. Xalis maliyyə öhdəlikləri isə 27,8 milyon dollar azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]