KREDİTLƏRİN, TƏXMİNƏN 50 FAİZİ TİCARƏTƏ VƏ XİDMƏT SAHƏLƏRİNƏ YÖNƏLDİLMİŞ, HABELƏ FİZİKİ ŞƏXSLƏRƏ VERİLMİŞDİR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditlərin 536,9 milyard manatı və ya 21,1 faizi ticarətə və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə 687,1 milyard manat (27 faiz) kredit verilmişdir. Nəqliyyat və rabitənin payına 351,5 milyard manat və ya 13,8 faiz düşmüşdür. Yüngül və ağır sənayelərə 214,2 milyard manat və ya 8,4 faiz kredit qoyulmuşdur.
Tikintiyə və mülkiyyət sahələrinə 184,5 milyard manat və ya 7,3 faiz, dövlət idarəçiliyinə 173,2 milyard manat (6,7 faiz), kənd təsərrüfatına 150,8 milyard manat (5,9 faiz) kredit ayrılmışdır. Energetika və təbiəti mühafizə tədbirləri 104,5 milyard manat, digər sahələr isə 141,9 milyard manat kreditləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]