Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında 100-cü qolunu vurub
Bakı, 19 aprel, AZƏRTAC
Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” klubunun şərəfini qoruyan Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu olub.
AZƏRTAC xəbər verir ki, K.Ronaldo UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Bavariya” ilə cavab oyununda het-trik edərək 100 qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.
O, bu qollardan 18-ni “Mançester Yunayted”in, qalanını isə “Real Madrid”in heyətində vurub.
K.Ronaldonun bu göstərici üzrə ən yaxın izləyicisi Lionel Messidir. O, Çempionlar Liqasında 114 oyuna 94 qol vurmağı bacarıb. Real Madridin əfsanələrindən olan və iki il əvvəl futbolla vidalaşan Raul Qonzales isə 142 oyunda 71 dəfə fərqlənərək ilk üçlükdə yer alıb.
Qeyd edək ki, portuqaliyalı ulduz bundan əvvəl UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Bavariya” ilə keçirilən ilk qarşılaşmada “dubl” edərək Avrokuboklarda 100 qol vuran ilk futbolçu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]