CƏMİYYƏT
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.