Külli miqdarda xarici valyutanın ölkədən qanunsuz yolla çıxarılması cəhdinin qarşısı alınıb
Bakı, 12 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42 min 600 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.