KÜRDƏMİRDƏ TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Kürdəmir, 7 iyul (AZƏRTAC). Kürdəmir rayonunun taxılçılıq təsərrüfatları məhsul biçini kampaniyasını müvəffəqiyyətlə yekunlaşdırmışlar.
Rayon İcra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, cari ilin məhsulu üçün 35 min 432 hektarda bol məhsul yetişdirilmiş, zəmilərdən 67 min ton taxıl yığılmışdır ki, bu da ötən ildəkindən 7 min ton çoxdur.
Rayonun toxumçuluqla məşğul olan 4 təsərrüfatında, habelə Kürdəmir Regional Aqrar Elm Mərkəzində də yüksək nəticələr qazanılmışdır. Bu təsərrüfatlarda hər hektardan 40-45 sentner olmaqla 3 min ton I reproduksiyalı elit toxum istehsal edilmişdir.
Götürülən məhsul rayonun toxuma olan ehtiyacının təqribən 40-50 faizini ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]