Kürdəmirdə tikinti-quraşdırma sahəsində investisiyaların həcmi 2,3 dəfə artıb
Kürdəmir, 3 may, AZƏRTAC
Kürdəmir rayonunda cari ilin ilk üç ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10702,6 min manat məbləğində investisiya yönəldilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,6 faiz çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əsas kapitala yönəldilən investisiyaların 79,5 faizi və ya 8507,4 min manatı dövlət mülkiyyətinə, 20,5 faizi və ya 2195,2 min manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar tərəfindən qoyulan vəsaitlərin payına düşür.
Əsas kapitala yönəldilən vəsaitlərin 10646,5 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə artıb. Bu sahəyə sərf olunan vəsaitlər əsas kapitala yönəldilən investisiyaların 99,5 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:48]
Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]