KÜVEYT DÖVLƏTİ AZƏRBAYCANA HƏR CÜR KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
- Mən Bakıya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin dəvəti ilə gəlmişəm. Səfərimin əsas məqsədi dost, qardaş ölkələr olan Azərbaycanla Küveyt arasında əlaqələri daha da inkişaf etdirmək, möhkəmləndirmək, ruhani idarələrinin əməkdaşlığını genişləndirməkdir. Səfər çərçivəsində biz bir neçə görüşlər keçirəcək, xeyriyyə tədbirlərində iştirak edəcəyik. On ilə yaxındır ki, Azərbaycanda Asiya Müsəlmanları Cəmiyyətinin bölməsi fəaliyyət göstərir. Cəmiyyətin Bakıda ofisinin açılmasına icazə verildiyi və geniş fəaliyyətinə imkan yaradıldığı üçün, Azərbaycan Prezidentinə minnətdarlıq edirik. Ötən illər ərzində Cəmiyyətin xətti ilə minlərlə qaçqın və məcburi köçkün ailəsinə yardım göstərmişik. Bizə məlumdur ki, Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərlə əlaqədar yeni proqram təsdiq etmişdir. Dövlətqaçqınkomun sədri Əli Həsənovla görüşüb sənədlə bağlı bizim görə biləcəyimiz işləri müzakirə edəcəyik. Bundan sonra həmin sənədə uyğun olaraq, yardımlarımızı davam etdirəcəyik. Küveyt dost, qardaş Azərbaycana təkcə bu məsələdə deyil, bütün sahələrdə hər cür kömək göstərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]