Küveytin nüfuzlu və yüksək tirajlı “Əl-Vətən” qəzetinin tam səhifəsi Azərbaycana həsr olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Prezident İlham Əliyevin Azərbaycanda 2011-ci ili “Turizm ili” elan etməsi çərçivəsində ölkəmizin geniş turizm potensialının daha yaxından tanıdılması məqsədi ilə Bakıda keçirilmiş “AİTF-2011” Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ərəfəsində Küveytin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi press-turda iştirak etmişlər.
Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı ölkəmiz haqqında toplanılan məlumatlar Küveytin KTV 1 və KTV 2 televiziya kanallarında yayımlanmışdır.
Mayın 12-də isə Küveytin nüfuzlu və yüksək tirajlı “Əl-Vətən” qəzetinin tam səhifəsi jurnalist xanım K.Vafanın “Azərbaycan-Qafqaz dağlarına gözəllik saçan təbii vahə” başlıqlı məqaləsi üçün ayrılmışdır.
Məqalədə küveytli oxuculara ölkəmizin yerləşdiyi coğrafi məkan, füsunkar təbiəti, Azərbaycanın dövlət quruluşu, dövlət dili, ərazisi, paytaxt Bakı şəhəri, təbii sərvətləri, turizm imkanları, həmçinin xalqımızın zəngin mədəniyyəti, incəsənəti, folkloru, milli sənətkarlıq nümunələri, xüsusilə xalçaçılıq sənəti və s. haqqında dolğun məlumatlar verilir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]