Lənkəran rayonunun Biləsər kəndində həkim məntəqəsi istifadəyə verildi
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl kənddə yeni inşa edilmiş həkim məntəqəsinin açılışı oldu.
Mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etdilər, daxili imkanlar hesabına ucqar dağ kəndində inşa edilən həkim məntəqəsinin ən qısa müddətdə zəruri tibbi avadanlıqla təmin olunacağını bildirdilər.
Diqqətə çatdırıldı ki, Hirkan-Biləsər avtomobil yolunun əsaslı təmiri, kənddə yeni məktəbin tikintisi, ərazinin qazlaşdırılması növbəti mərhələlərdə icra ediləcək.
Görüşdə çıxış edən kənd sakinləri rəy və təkliflərini bildirdilər.
Müəllim Firudin Kərimov həkim məntəqəsinin istifadəyə verilməsinə görə bütün kənd sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüş başa çatdıqdan sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim briqadası yeni inşa edilmiş həkim məntəqəsində kənd sakinlərini tibbi müayinədən keçirdi.