“Lənkəran” və “Astara” komandaları “Könüllülər kuboku” turnirinin final mərhələsinə vəsiqə qazanıblar
Astara, 9 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-17 yaşlı könüllü gənclər arasında “Könüllülər kuboku” turnirinin şahmat üzrə zona yarışları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Olimpiya sistemi ilə keçirilən zona birinciliyində 8 rayon komandası qələbə uğrunda mübarizə aparıb.
Zona yarışlarının yekun nəticələrinə əsasən, “Lənkəran” komandası birinci, “Astara” komandası ikinci yeri tutaraq Respublika turnirinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
“Könüllülər kuboku” turnirinin final mərhələsinin avqustun 18-20-də Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.