Lənkəranda açıq sahədə yanğın başlayıb VİDEO
Lənkəran, 11 avqust, AZƏRTAC
Lənkəranda açıq sahədə yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib.
Dərhal əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Müxbir- İlkin Adıyev