LƏNKƏRANDA KƏND TƏSƏRRÜFATI MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Lənkəranda aqrar bölmənin bütün sahələrinin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında Prezident İlham Əliyevin sərəncamını ölkəmizin başçısının regionların inkişafına göstərdiyi qayğının təzahürü kimi qiymətləndirmişdir.
Müşavirədə çıxış edənlər rayonda kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması və onun satışının təşkili ilə bağlı mövcud problemləri aradan qaldırmaq məqsədi ilə təkliflərini bildirmişlər.
Toplantıda rayonda aqrar bölmənin inkişafını təmin etmək məqsədi ilə kompleks tədbirlər planının hazırlanması üçün komissiyanın yaradılması tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]