Lənkəranda Zəfər Gününə həsr olunmuş “Dəmir yumruq” adlı fləşmob keçirilib
Lənkəran, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 5-də Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dəmir yumruq” adlı fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən fləşmoba 200 gənc qatılıb.
Fləşmobda Qələbəmizin simvolu olan "Dəmir yumruq" əks olunub.