CƏMİYYƏT
Lənkəranın səhiyyə işçiləri peşə bayramlarını böyük sevinclə qeyd etmişlər
Lənkəran, 17 iyun (AZƏRTAC). İyunun 17-də Lənkəranda tibb işçilərinin peşə bayramı bayram sevinci ilə qeyd edilmişdir
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik etmiş onlara ən səmimi arzularını çatdırmışdır.
Bayram tədbirində çıxış edən Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin direktoru Malik Məmmədov, “Tərəqqi” medallı tibb işçisi Məmmədrahim Fərzullayev, ümumi terapiya şöbəsinin müdiri Siyasət Qasımov və başqaları 2013-cü il sentyabrın 5-də Lənkəran rayonuna tarixi səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş mərkəzi rayon xəstəxanasının açılışında iştirak etdiyinə, rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə bir qrup tibb işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.
Maraqlı konsert proqramı ilə müşayiət olunan tədbir hamıya xoş ovqat bəxş etmişdir.