Lənkəranın Separadi kəndindən keçən Ulumçayda sahil-bərkitmə işləri davam etdirilir
Lənkəran, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Separadi kəndi ərazisindən keçən Ulumçayda bu ilin mart ayından etibarən sahil-bərkitmə işləri görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikintidə “Lənkəran Su Tikinti” MMC-nin inşaatçıları çalışırlar. Daşqınlar nəticəsində çayın istinad divarları aşınmaya məruz qaldığından ətraf yaşayış məntəqələrində əhali sel suları təhlükəsi ilə üzləşib.
İnşaatçıların səyləri nəticəsində ərazidə 520 metr məsafədə 7 metr hündürlükdə dəmir-beton mühafizə divarları olmaqla, təmir-bərkitmə işləri başa çatdırılıb.
Hazırda sahil-bərkitmə işləri davam etdirilir.