Lənkəranlı gənclər Aprel döyüşlərində şəhid olmuş Əlizamin İslamovun məzarını ziyarət ediblər
Lənkəran, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış rayonun Cil kənd sakini İslamov Əlizamin Fərrux oğlunun məzarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lənkəranlı gənclər şəhid Əlizamin İslamovun məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım mərasimində Aprel döyüşlərində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən sıravi əsgər Ə.İslamovun döyüşdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.
Qeyd edək ki, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Lənkəran rayonunun Cil kənd sakini, 12 iyul 1997-ci il təvəllüdlü sıravi əsgər Əlizamin İslamov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:27]
Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər
- 10.10.2026 [09:55]
Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]