LERİKDƏ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lerik qəsəbəsində ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önündə böyük öndərin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.
Abidənin önünə gül dəstələri qoyulduqdan sonra əlamətdar yubileylə əlaqədar rayonda həyata keçirilmiş tədbirlərdən danışılmış, böyük rəhbərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri xatırladılmışdır. Ölkəmizin başçısının ucqar dağ rayonu olan Lerikə göstərdiyi qayğı xüsusi minnətdarlıqla yad olunmuşdur.
Mərasimdə ümummilli liderimizin anadan olmasının 85 illiyi ilə əlaqədar rayonda keçirilmiş inşa, rəsm müsabiqələrinin, mini-futbol və şahmat yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin bayram konserti ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]