Levan Kobiaşvili yenidən Gürcüstan Futbol Federasiyanın prezidenti seçilib
Tbilisi, 15 fevral, AZƏRTAC
Gürcüstan Futbol Federasiyasının prezidenti vəzifəsinə seçkilər başa çatıb.
AZƏRTAC xəbər verir ki, federasiyanın 29-cu toplantısında bir sıra məsələlərə baxılıb, o cümlədən qurumun yeni rəhbəri seçilib.
Azərbaycan futbolsevərlərinin də yaxşı tanıdığı Levan Kobiaşvili yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.
L.Kobiaşvili növbəti dörd il müddətinə Federasiyaya rəhbərlik edəcək. O, ilk dəfə bu vəzifəyə 2015-ci ildə seçilib.
Toplantıda federasiyanın icraiyyə komitəsinin tərkibi də müəyyənləşib.
Qeyd edək ki, 1977-ci ildə anadan olan L.Kobiaşvili futbol karyerasına “Rustavi” komandasında başlayıb. O, sonradan Tbilisinin “Dinamo”, Vladiqafqazın “Alaniya”, Almaniyanın “Frayburq”, “Şalke” və “Herta BSC” komandalarında çıxış edib.
Bir müddət əvvəl Gürcüstanın futbol ictimaiyyətində onun Azərbaycana dəvət olunması barədə məlumat yayılmışdı. Amma L.Kobiaşvili belə bir təklif almadığını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]