DÜNYA
Litva hərbçiləri ilk dəfə olaraq İsrailin “Spike” tank əleyhinə raketlərini sınaqdan keçirib
![Litva hərbçiləri ilk dəfə olaraq İsrailin “Spike” tank əleyhinə raketlərini sınaqdan keçirib](/files/2022/1/1200x630/1642658919421333159_1200x630.jpg)
Vilnüs, 20 yanvar, AZƏRTAC
“Vilkas” piyada döyüş maşınlarında (PDM) quraşdırılmış tank əleyhinə “Spike” raketləri Litva ordusu tərəfindən ilk dəfə sınaqdan keçirilib.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, İsrail istehsalı olan bu silah sistemi yanvarın 14-18-də Litvanın Böyük knyazı Algirdas adına Mexanikləşdirilmiş piyada batalyonunun döyüş atışları üzrə keçirilən təlimləri zamanı sınaqdan keçirilib.
Bildirilib ki, “Spike” raketləri Litvanın bu yaxınlarda aldığı “Vilkas” PDM-lərə quraşdırılıb və bu, maşınlarda quraşdırılan üç növ silah sistemindən biridir.
Sözügedən brotexnikanın istehsalçısı olan Almaniyanın “ARTEC” konsorsiumu ilə müqaviləyə əsasən, Litva tank əleyhinə “Spike” sistemləri ilə yanaşı, Amerika istehsalı olan MK-44S 30 mm-lik toplar və 7,62 mm-lik pulemyotlar ilə təchiz olunmuş 88 ədəd bu cür PDM-lər alacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs